Azərbaycan millisi Macarıstana uduzub
Azərbaycan millisi toplanış çərçivəsində bu gün ikinci yoxlama matçına çıxıb.
Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Macarıstanla qarşılaşıb.
"Liv Bona Dea Arena"da keçirilən oyun millimizin məğlubiyyəti ilə başa çatıb.
20:00.Azərbaycan - Macarıstan 1:2
Qollar: Renat Dadaşov, 9 - Barnabas Varqa, 5, Dominik Soboslai, 33
***21:12
Futbol üzrə Azərbaycan milli komandasının Macarıstan millisi ilə yoldaşlıq görüşündə ikinci hissə başlayıb.
"Liv Bona Dea Arena"da keçirilən görüşdə Azərbaycan millisi 1:2 hesabı ilə məğlub olur.
Millimizin heyətində 7-ci dəqiqədə Renat Dadaşov fərqlənib. Macarların qollarını 5-ci dəqiqədə Barnabas Varqa, 33-cü dəqiqədə Dominik Soboslay vurublar.
***20:49
Futbol üzrə Azərbaycan milli komandasının Macarıstan millisi ilə yoldaşlıq görüşündü birinci hissə başa çatıb.
"Liv Bona Dea Arena"da keçirilən görüşdə Azərbaycan millisi 1:2 hesabı ilə məğlub olur.
Millimizin heyətində 7-ci dəqiqədə Renat Dadaşov fərqlənib. Macarların qollarını 5-ci dəqiqədə Barnabas Varqa, 33-cü dəqiqədə Dominik Soboslay vurublar.
***20:01
Futbol üzrə Azərbaycan milli komandasının Macarıstan millisi ilə yoldaşlıq görüşü start götürüb.
"Liv Bona Dea Arena"da keçirilən görüşü Belarusdan olan Viktor Şimusik idarə edir.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqasında yarımfinal cütləri məlum olub
Azərbaycan Basketbol Liqasında (ABL) pley-off mərhələsinin sonuncu 1/4 final oyunları keçirilib. BAKU.WS xəbər verir ki, günün ilk oyununda "Neftçi" əlavə vaxtı...