Azərbaycan güləşçisi Ömər Salmanov: "Bürünc medalı əlimdən qaçıra bilməzdim"
Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medalı qaçırmaq istəməyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı özü bildirib.
O, mundialda üçüncü yeri tutması barədə danışıb:
"Dünya çempionatında qızıl medal qazanmaq üçün iştirak edirdim. Təəssüf ki, müəyyən səhvlərə görə finaldan kənarda qaldım. Lakin gələcəkdə yarışlarda bürünc medalı qızıl mükafatla əvəzləyəcəm. Bürünc medalı əlimdən qaçıra bilməzdim. Qarşılaşmaya tam hazır vəziyyətdə çıxmışdım. Çox sevinirəm ki, yarışı medalsız başa vurmadım".
Qeyd edək ki, Ömər Salmanov üçüncü yer uğrunda qarşılaşmada Giorgi Çxikvadzeyə qalib gələrək (7:1) bürünc medala sahib çıxıb.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Sabah" "KuPS"la matçda hesabı açıb
***20:12 UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçında hesab açılıb. BAKU.WS xəbər verir ki, Kuopio şəhər Mərkəzi Stadionunda keç...