Azərbaycan cüdoçusu dünya çempionu oldu
Azərbaycan cüdoçusu Fərid Rzazadə yeniyetmələr arasında dünya çempionu olub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Ekvadorun Quayakil şəhərində keçirilən dünya çempionatının ilk günündə 50 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu qızıl medal qazanıb.
Fərid Rzazadə finala gedən yolda Süleyman Doğru (Türkiyə), Bekaris Kudaybergen (Qazaxıstan) və Artur Bonatonu (Braziliya) mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə qazaxıstanlı Adiljan Nurbekeni məğlub edən cüdoçu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu gün Azərbaycanın daha üç yeniyetmə cüdoçusu dünya çempionatında tatamiyə çıxacaq.
Oxşar xəbərlər
Sergen Yalçın Türkiyə millisinin sükanı arxasına keçdi
Türkiyə milli futbol komandasının yeni baş məşqçisi Sergen Yalçın olub. BAKU.WS xəbər verir ki, 53 yaşlı mütəxəssislə 4 illik müqavilə üzrə razılıq əldə edilib....