Azərbaycan cüdoçuları daha iki medal qazanıblar
Avstriyanın Linz şəhərində keçirilən "Qran-pri" turnirinin ikinci günündə Azərbaycan cüdoçuları daha iki medal qazanıblar.
BAKU.WS xəbər verir ki, hər iki medal 81 kq çəki dərəcəsində əldə edilib.
Vüsal Qələndərzadə gümüş, Ömər Rəcəbli bürünc mükafata layiq görülüb. Vüsal zədələndiyi final görüşündə Adilet Almata (Qazaxıstan) məğlub olub. Ömər isə üçüncü yer uğrunda qarşılaşmada finlandiyalı Eetu İhanamakiyə qalib gəlib.
Xatırladaq ki, ötən gün Ruslan Paşayev (66 kq) yarışın qalibi olmuşdu.
Hesabında bir dəst medal olan Azərbaycan 59 ölkə arasında ümumi komanda sıralamasında üçüncü, kişilər arasında isə birinci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb. BAKU.WS xəbər verir ki, seçmə komandamızın üzvü "Şüa İdman Kompleksi"ndə rekorda...