Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
25
noy
2025
21:50
Azərbaycan boksçusu Tağı Nəsibov Macarıstanın paytaxtı Budapeştdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
BAKU.WS xəbər verir ki, 60 kq çəkidə mübarizə aparan milli üzvü 1/4 finalında Qevin Rayandan (İrlandiya) güclü olub.
O, rəqibini 3:2 (28:29, 27:30, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Nəsibov yarımfinala vəsiqə qazanmaqla doğum günündə özünə azı bürünc medalı da hədiyyə edib.
İdmançımız noyabrın 28-də yarımfinalda bolqarıstanlı Radoslav Rosenovla döyüşəcək.
Qeyd edək ki, sabah daha 3 boksçumuz 1/4 final görüşünə çıxacaq.
Oxşar xəbərlər
"Birlik" Karate Klubunun üzvləri "Olimpiya Ümidləri" beynəlxalq turnirində uğurla çıxış ediblər
"Birlik" Karate Klubunun karate və parakarate üzrə idmançıları Azərbaycan Karate Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi "Olimpiya Üm...