Ayxan Abbasov milli komanda ilə çıxdığı ilk oyunda qələbə qazandı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün birinci yoxlama görüşünü keçirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, U-21 komandamız yeni baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ilk oyununda Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivini 0:2 hesabı ilə məğlub edib.
*** 12:01
Türkiyədə təlim-məşq toplanışını davam etdirən Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün yoldaşlıq görüşündə Moldova ilə qarşılaşacaq.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, U-21 baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ilk oyununa çıxacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, martın 26-dək qardaş ölkədə hazırlıqlarını davam etdirəcək milli komanda üç gün sonra Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət seçməsi ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən növbəti təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası (CEV) tər...