Avropa Kuboku: Azərbaycanın cüdo millisinin heyəti açıqlanıb
Azərbaycanın böyüklərdən ibarət cüdo millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Avropa Kubokunda iştirak edəcək.
BAKU.WS xəbər verir ki, yığma yarışda 6 çəki dərəcəsində 8 qadın cüdoçu ilə təmsil olunacaq.
Tatami ustaları yarışa baş məşqçi Amina Abdellatifin rəhbərliyi altında yollanacaq.
Cüdoçulardan Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Ülviyyə Bayramova (57 kq), Nərgiz Hacıyeva (63 kq), Günel Həsənli, Aytac Qardaşxanlı (hər ikisi 70 kq) və Nərmin Əmirli (78 kq) qalib adı uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə mayın 31-dən iyunun 1-dək baş tutacaq yarışa 29 ölkədən 320 idmançı (212 kişi, 108 qadın) qatılacaq.
Oxşar xəbərlər
FİFA ispan futbolçuları yerə sərən Paradesin qırmızı vərəqəsini ləğv etdi
FİFA argentinalı futbolçu Leandro Paradesin qırmızı vərəqəsini ləğv edib. BAKU.WS-in məlumatına görə, bu barədə BBC xəbər yayıb. Parades İspaniyaya qarşı final...