Avropa çempionatı: Niderland millisi Bakıda üçüncü qələbəsini qazanıb
25
avq
2026
20:49
Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, günün ikinci matçında Niderland İspaniyanı məğlub edib.
Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma 3:0 (25:13, 25:11, 25:16) hesabı ilə yekunlaşıb. "Narıncılar" daha əvvəl Portuqaliya (3:0) və Rumıniyaya (3:2) qalib gəlib.
Günün ilk matçında Belçika Rumıniyanı məğlub edib - 3:0.
Xatırladaq ki, C qrupunun oyunları Milli Gimnastika Arenasında avqustun 28-dək təşkil olunacaq.
Oxşar xəbərlər
"Mançester Yunayted" Karlos Balebanı heyətinə qatdığını açıqlayıb
İngiltərənin "Mançester Yunayted" klubu növbəti futbolçu transferini açıqlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "qırmızı qaralar"ın mətbua...