Avropa çempionatı: Azərbaycanın voleybol millisi ardıcıl üçüncü qələbəsini qazanıb
24
avq
2026
21:13
Azərbaycanın voleybol millisi Avropa çempionatında ardıcıl üçüncü qələbəsini qazanıb.
BAKU.WS xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda C qrupunun III turunda Rumıniya seçməsi ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasındakı qarşılaşma Azərbaycan yığmasının qalibiyyəti ilə bitib - 3:2 (25:21, 25:23, 15:25, 22:25, 15:8).
Xatırladaq ki, Azərbaycan millisi I turda Portuqaliyaya, II turda İspaniyaya eyni hesabla qalib gəlib. Komanda hazırda 8 xalla C qrupunun lideridir. Bu qrupun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək.
Oxşar xəbərlər
Sergen Yalçın Türkiyə millisinin sükanı arxasına keçdi
Türkiyə milli futbol komandasının yeni baş məşqçisi Sergen Yalçın olub. BAKU.WS xəbər verir ki, 53 yaşlı mütəxəssislə 4 illik müqavilə üzrə razılıq əldə edilib....