Avropa çempionatı: Azərbaycanın 2 güləşçisi finala yüksəlib

Azərbaycanın 2 sərbəst güləşçisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.
BAKU.WS xəbər verir ki, Rəvan Həsənzadə (48 kq) polşalı Przemislav Mrozekə 7:0 hesabıyla, slovakiyalı Attila Hegedusa isə tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala adlayıb. Rəvan yarımfinalda türkiyəli Sadık Ateşoğullarından güclü olub – 6:2. Həsənzadə sabah finalda ermənistanlı Artak Ağabekyanla qarşılaşacaq.
Ruslan Əlizadə (55 kq) slovakiyalı İvan Jaksıka tam üstünlüklə (10:0), belaruslu Qleb Piatrova isə 4:2 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. Ruslan yarımfinalda ermənistanlı Armen Papikyana gücünü göstərib – 8:4. Əlizadə finalda rusiyalı Maxaç Abdullayevlə güləşəcək.
Tunar Nəsibov (65 kq) ilk mərhələdə rumuniyalı İstvan Naqiyə minimal fərqlə (7:6) qalib gəlsə də, 1/8 finalda ukraynalı İvan Zaliskoyla bacarmayıb – 1:12. Rəqib finaladək irəlilədiyi üçün Tunar sabah təsəlliverici görüşdə gürcüstanlı Saba Tkemaladze ilə güləşəcək.
Əli Hacıyev (80 kq) ermənistanlı Avet Enqoyanı 4:3 hesablı qələbəylə mübarizədən kənarlaşdırsa da, 1/4 finalda britaniyalı Marşal Consa müqavimət göstərə bilməyib – 0:10.
Hakim Tağıyev (110 kq) ruminiyalı Sebastyan Braileskuya "tuş"la və bolqarıstanlı Halil Sadakova 3:0 hesabıyla qalib gələrək yarımfinala adını yazdırıb. Hakim finalın bir addımlığında gürcüstanlı Murtaz Baqdavadzeyə məğlub olub – 0:2. Tağıyev sabah bürünc medal uğrunda qarşılaşmada Qyoerqi Juhas (Macarıstan) – Ernests Stabins (Latviya) görüşünün qalibiylə üz-üzə gələcək.
Oxşar xəbərlər
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən növbəti təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası (CEV) tər...