"Atletik"in zəif nöqtəsi - "Qarabağ" bunu bacarsa, qələbə qazanacaq

"Bu səviyyədə oyunların nəticəsi müxtəlif olur və bundan öncəki oyunlarda da sürprizlərin olduğunu zatən görümüşük Amma üslub olaraq demək mümkündür ki, oyunda ev sahibi qismində "Atletik Bilbao" ilk dəqiqələrdə yüksək pressinq etməyə çalışacaq. Dörd-dörd-iki taktiki düzülüşü ilə yaxşı təzyiq etməyi bacaran bir komandadır."Qarabağ"ın oyun qurmasının qarşısını almaq və topu rəqib meydançada ələ keçirən kimi qol vurmağa çalışacaqlar".
Bu sözləri BAKU.WS-ə açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov bildirib.
O əlavə edib ki, oyunun məcrası bu istiqamətdə gedəcək, amma "Qarabağ"da topla oynamağı sevən, hücumları kombinasiyalı şəkildə qurmaq istəyən bir komandadır:

"Bu cür təzyiqin altından çıxdıqları halda hesab edirəm ki, "Qarabağ"ın qol şansları olacağı açıq-aşkar görsənir. Çünki təmsilçimiz cinahlarda sürətli oyunçulara malikdir. Bir cinahda Leandro Andrade çox sürətlidir. Digər cinahda isə Abdullah Zubir texnikalı oyunçudur. Bu ona əsas verir ki, rəqib komandanın təzyiqi altından çıxmaqla Marko Yankoviç və Pedro Bikalyo kimi oyunçular topu özlərində sərbəst şəkildə saxlayacaqlar. Çətin situasiyalarda mərkəzdən topu ələ keçirib rəqibi azaltmağı bacara biləcəklər. Bunu reallaşıra biləcəkləri halda cinah oyunçularımız rəqib meydanında müdafiəçilərlə birəbir qalacaqlar.

"Atletik Bilbao"nun mərkəz müdafiəçiləri qismən digərlərinə nisbətən ağır görünürlər. Bu da bizim qol şanslarımız, təkbətək situasiyalarımızın yaranacağına bir işarədir. Ümid edirəm ki, yaranan qol imkanlarını qola çevirə biləcəyik".
A. Kərimov qeyd edib ki, rəqibin də üstün tərəfləri var və Niko Vilyamsın geri dönüşü buna misaldır:
"Amma bu futbolçu üç aydan çox idi ki, meydançalarda yox idi, ciddi zədə almışdı. O, bir həftədir ki, məşqlərə başlayıb və bu müddət ərzində əvvəlki dinamikasına qayıda bilməz. Bu futbolçunun meydanda zatən adı olacaq və performans olaraq əvvəlki kimi bacarığını ortaya qoya bilməyəcək.

Fikrimcə, "Qarabağ" səfərdən minimum bir xal qazanacaq. "Atletik"in son dövrlərdəki oyunları, həm" Qarabağ"ın son uğurlu nəticələri belə düşünməyə əsas verir. Qurban Qurbanovun strtaegiyası istənilən rəqibə qarşı oxşardır. Klub daha çox topu özündə saxlamağı sevir və bunu bacarır.
Cinah hücumçularıyla cinah müdafiəçilərinin sayəsində üstünlük yaradaraq rəqibə təhlükə yaşadırlar. Düşünürəm ki, "Qarabağ" İspaniyada da bu üslubda oynamağa çalışacaq. Üç xal və ya minimum heç-heçə ilə edəcəyimizə inanıram".

Orxan Hüseyn
Oxşar xəbərlər
Məşhur idman saytı Qurban Qurbanovdan yazdı - "Sensasiya komandasının baş məşqçisi ilə tanış olun"
Rusiyanın məşhur idman saytı olan "Çempionat.com" "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov haqqında süjet hazırlayıb. BAKU.WS xəbər verir ki, çarxda Qurbanovu...
