Arseniy Djioyev: "Azərbaycan bayrağının ən yüksəyə qalxmasına görə qürurlanıram"
Azərbaycan bayrağının yüksəklərə qalxması qürurverici andır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Arseniy Djioyev jurnalistlərə açıqlamasında deyib.
86 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı öz uğurunu yüksək qiymətləndirib:
"Ölkəmizi sevindirdiyim üçün çox xoşbəxtəm. Təbriklərə görə hər kəsə minnətdaram. Azərbaycan bayrağının ən yüksəyə qalxmasına görə qürurlanıram. Bu qələbədə məşqçilərimizin əməyi böyükdür. Onlar idmançılara doğru istiqamət verirlər. İkiqat dünya çempionu olmuş iranlı rəqibə qarşı görüş çətin keçdi. O, öz ölkəsinin ulduz idmançısı hesab olunur. Amma bunun əhəmiyyəti yoxdur, çünki qələbəni mən qazandım. Qələbəmi ailəmə həsr edirəm".
Qeyd edək ki, Arseniy Djioyev həlledici görüşdə Bəhreyn təmsilçisi Xıdır Saypudinova 5:1 hesabı ilə qalib gəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki,
Oxşar xəbərlər
Avropa çempionatı: Finala yüksələn Hidayət Heydərov ən azı gümüş medalı təmin edib
Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında finala yüksəlib. BAKU.WS report-a istinadən xəbər verir ki, 7...