Argentina millisinin DÇ-dən kənarlaşdırılması üçün petisiya 10 milyon imza topladı
Futbol üzrə Argentina millisinin 2026-cı il dünya çempionatından kənarlaşdırılmasını tələb edən petisiya 10 milyondan çox imza toplayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, petisiya argentinaout.com saytında yerləşdirilib.
Petisiyanın müəllifləri FIFA-nı və hakimləri hazırkı çempion Argentina yığmasına qarşı qərəzli yanaşmaqda ittiham edirlər. Onların fikrincə, yarış zamanı argentinalılara kömək edilir.
Daha əvvəl bir çox azarkeş sosial şəbəkələrdə FIFA-nın dünya çempionatında Argentina millisinin qələbəsi üçün hər şeyi etdiyini iddia etmişdi. Nümunə kimi Əlcəzairlə qrup mərhələsi oyununda (3:0) Lionel Messiyə qırmızı vərəqə göstərilməməsi göstərilir. Həmin görüşdə Messi het-trik etmişdi. Həmçinin pley-off mərhələsində Argentina üçün asan rəqiblərdən ibarət yolun olduğu qeyd olunur.
Argentina millisi yarımfinalda bu gün, Bakı vaxtı ilə saat 23:00-da İngiltərə komandası ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Azərbaycan güləşçisi Ayxan Cavadov dünya çempionatında finala vəsiqə qazanıb
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir. BAKU.WS xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 60 və 82 kq-...