Antonio Konte növbəti mövsümdə də "Napoli"ni çalışdırmağa yaxındır
"Napoli"nin (İtaliya) baş məşqçisi Antonio Konte gələn mövsüm də komandada qalmağa yaxındır.
BAKU.WS report-a istinadən xəbər verir ki, Neapol təmsilçisi italyan mütəxəssisi klubda saxlamağa çalışır.
A.Konte rəhbərliklə münasibətlərinin gərgin olmasına baxmayaraq, komandada qalmağa razılıq verə bilər. Lakin bir çox məsələlərə baş məşqçinin "Napoli" prezidenti Aurelio De Laurentislə şəxsi görüşündən sonra aydınlıq gələcəyi bildirilir.
Qeyd edək ki, İtaliya A Seriyasının son qalibi bu mövsüm titulunu qoruya bilməsə də, gümüş medalları qazanmaq şansını saxlayır. A.Kontenin komandası 2025/2026 mövsümünün başa çatmasına iki tur qalmış 70 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Oxşar xəbərlər
Messi dünya çempionatlarında assistlərin sayına görə Maradonanı geridə qoyaraq ilk sıraya yüksəlib
Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatları tarixində ən çox məhsuldar ötürmə edən futbolçular sırasında həmyerlisi Dieqo Maradonanı geridə...