Anomal istilərə görə ABŞ-də DÇ-2026 matçları təxirə salına bilər
Bu həftəsonu Amerika Birləşmiş Ştatlarında gözlənilən kəskin istilər ölkənin müstəqilliyinin 250 illik yubileyinə həsr olunan tədbirləri və futbol üzrə dünya çempionatının oyunlarını risk altında qoya bilər.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat "The Guardian" nəşrində dərc olunub.
Şənbə günü Filadelfiyada keçirilməsi planlaşdırılan Fransa - Paraqvay qarşılaşmasının proqnozlaşdırılan anomal temperatur səbəbindən ləngiməsi və ya tamamilə təxirə salınması ehtimalı var. Nəşr həmçinin bildirir ki, Mayamidə baş tutacaq Kabo-Verde və Argentina milli komandalarının görüşü yüksək rütubət və təhlükəli səviyyəli istilik şəraitində keçiriləcək.
London İmperiya Kollecinin Ekoloji Siyasət Mərkəzinin klimatologiya sahəsi üzrə professoru Friderik Otto məsələyə belə münasibət bildirib:
"4 İyul Müstəqillik Günü bayramı pozulanda, futbol üzrə dünya çempionatının matçları isə oyunçular və azarkeşlər üçün təhlükəli şəraitdə keçiriləndə, insanları xəbərdar etmək üçün əlavə elmi tədqiqatlara gərək qalmamalıdır: qlobal iqlim dəyişikliyi artıq reallıqdır və gündəlik yaşama öz təsirini göstərir".
İqlimşünasın sözlərinə görə, bəşəriyyət mütləq olan sıfır tullantı hədəfinə keçidi ləngitdikcə, mövcud durum daha da ağırlaşacaq.
Oxşar xəbərlər
DÇ-2026 ilk məşqçi qurbanlarını verdi: Artıq 7 milli komanda mütəxəssislə yollarını ayırıb
2026-cı il dünya çempionatı hələ davam etsə də, turnirin ilk ciddi nəticələrindən biri məşqçi istefaları olub. BAKU.WS-in məlumatına görə, qrup mərhələsi və 1/...