Ançelotti "Real"dan sonra bu kluba keçə bilər
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti ilə 2026-cı ilin yayına qədər müqaviləsi var, lakin müxtəlif mənbələrə görə, o, cari mövsüm başa çatdıqdan sonra Madrid klubunu tərk edə bilər.
BAKU.WS "RomaPress"ə istinadən xəbər verir ki, Romalılar bundan yararlanmağa hazırdır və Ançelottiyə baş məşqçi postunu təklif etmək istəyirlər.
Hazırkı baş məşqçi Klaudio Ranyeri komandanı uzun müddət çalışdırmağı planlaşdırmır və tezliklə klubda rəhbər vəzifələrdən birini tutacaq.
Karlo Ançelotti səkkiz mövsüm komandada çıxış edən Roma əfsanəsidir.
Xatırladaq ki, daha əvvəl "Real"dan ayrıldıqdan sonra Ançelottinin vəzifəsinə "Bayer Leverkuzen"in hazırkı baş məşqçisi Xabi Alonsonun təyin olunacağı bildirilirdi.
Oxşar xəbərlər
Canni İnfantino yenidən FIFA prezidentliyinə namizəd olacaq
Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino 2027-ci ilin martında keçiriləcək seçkilərdə yenidən namizədliyini irəli sürəcək. BAKU.WS xə...