Ançelotti "Qarabağ"ın futbolçusunu istəyir
12
dek
2025
11:40
"Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyo qış transfer pəncərəsində komandadan ayrıla bilər.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, futbolçuya bu ölkənin "Botafoqo" klubu maraq göstərir.
Məlumata əsasən, "Botafoqo"nun baş məşqçisi Davide Ançelotti (Braziliya millisinin çalışdırıcısı Karlo Ançelottinin oğlu) Bikalyonun oyun üslubunu bəyənib və heyətində görmək arzusunda olduğunu klub rəhbərliyinə bildirib.
Xatırladaq ki, Pedro Bikalyo "Qarabağ"la 2028-ci ilin yayına qədər müqavilə imzalayıb. O, Ağdam təmsilçisinə bu ilin yayında "Palmeyras"dan transfer olunub.
Oxşar xəbərlər
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
Dünyanın 189 ölkəsindən gənc futbolçuların qatılacağı bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq. BAKU.WS xəbər verir ki, bu barədə AFFA prezidenti...