Almaniya millisi ilə 2030-cu ilə qədər müqavilə imzalayacaq
Alman mütəxəssis Yurgen Kloppun Almaniya milli komandasının yeni baş məşqçisi təyin olunacağı gözlənilir.
BAKU.WS "Sky Sport"a istinadən xəbər verir ki, Klopp Almaniya Futbol İttifaqı (DFB) ilə müqavilənin əsas şərtləri üzrə razılıq əldə edib.
Tərəflər arasında imzalanması gözlənilən müqavilənin 2030-cu ilə qədər qüvvədə olacağı və Mərakeş, Portuqaliya və İspaniyanın birgə ev sahibliyi edəcəyi 2030-cu il dünya çempionatını da əhatə edəcəyi bildirilir.
Kloppun milli komandaya rəhbərlik etməsi barədə qərarın, Almaniya yığmasının 2026-cı il dünya çempionatının 1/16 finalında Paraqvaya məğlub olaraq mübarizəni erkən dayandırmasından sonra Yulian Nagelsmanın istefası fonunda qəbul edildiyi qeyd olunur.
Məlumata əsasən, Almaniya Futbol İttifaqının nümayəndələri, Yurgen Klopp və onun meneceri arasında yekun danışıqların cümə və şənbə günləri Nyu-Yorkda keçirilməsi planlaşdırılır.
Hazırda "Red Bull" şirkətinin qlobal futbol layihələrinin rəhbəri vəzifəsində çalışan Kloppun bu postdan ayrılması ilə bağlı məsələ də həll olunub. Bildirilir ki, müqavilə imzalandıqdan dərhal sonra onun şirkətlə əməkdaşlığı hüquqi baxımdan rəsmən başa çatdırılacaq.
Oxşar xəbərlər
Ağasəlim Mircavadov: "3:0 əla nəticədir, lakin "Zirə" arxayınlaşmamalıdır"
"Zirə" Gürcüstanda "Torpedo"ya qarşı keçirəcəyi UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda da qələbə qazana bilər. BAKU.WS xəbər verir ki, b...