AFFA Ukrayna ilə oyunda heç-heçə edən millimizin futbolçularına mükafat verəcək
11
sen
2025
12:47
AFFA rəhbərliyi millimizin dünya çempionatı seçmə mərhələsi çərçivəsində Ukrayna ilə heç-heçə (1:1) etməsinə biganə qalmayıb.
BAKU.WS İdmanxeber.az-a istinadən xəbər verir ki, yığmanın futbolçuları bu nəticə üçün pul mükafatı alacaqlar. Rəhbərlik bu matçda meydana əsas heyətdə çıxan oyunçuların hər birinə 25 min manat mükafat ayırıb.
Qarşılaşmaya sonradan daxil olan futbolçular bu məbləğin 75 faizini (18 750 manat), görüşü ehtiyatdan izləyənlər isə 50 faizini (12 500 manat) alacaqlar.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqasında yarımfinal cütləri məlum olub
Azərbaycan Basketbol Liqasında (ABL) pley-off mərhələsinin sonuncu 1/4 final oyunları keçirilib. BAKU.WS xəbər verir ki, günün ilk oyununda "Neftçi" əlavə vaxtı...