AFFA prezidenti "Qarabağ"ı təbrik edib
AFFA prezidenti Rövşən Nəcəf "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Almaniyanın "Ayntraxt" klubu üzərində 3:2 hesablı qələbə qazanması münasibətilə təbrik edib.
BAKU.WS xəbər verir ki, Rövşən Nəcəf bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda "Qarabağ" Futbol Klubu böyük əzmkarlıq nümayiş etdirərək Almaniyanın güclü təmsilçisi "Ayntraxt" üzərində inamlı qələbə qazandı. Bu uğurlu nəticə münasibətilə komandamızı və bütün azarkeşlərimizi ürəkdən təbrik edir, növbəti oyunlarda yeni qələbələr arzulayırıq", - deyə o qeyd edib.
#UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda #Qarabağ🇦🇿 Futbol Klubu böyük əzmkarlıq nümayiş etdirərək Almaniyanın güclü təmsilçisi “Ayntraxt”🇩🇪 üzərində inamlı qələbə qazandı.
— Rovshan Najaf (@RovshanNajaf) January 21, 2026
Bu uğurlu nəticə münasibətilə komandamızı və bütün azarkeşlərimizi ürəkdən təbrik edir,…
Oxşar xəbərlər
Canni İnfantino Bakıya gəlib
FIFA prezidenti Canni İnfantino Bakıya gəlib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, FIFA prezidenti Canni İnfantino bununla bağlı "Instagram" hesabında pay...