ABŞ minifutbol millisinin üzvü: "Milli Gimnastika Arenasına heyran qaldıq"

Minifutbol üzrə ABŞ yığmasının üzvü Stefan Miyatoviç Milli Gimnastika Arenasında yaradılan şəraitə heyran qaldıqlarını söyləyib.
Müdafiəçi bunu "Report"a açıqlamasında bildirib.
"Milli Gimnastika Arenası çox möhtəşəmdir. Həqiqətən futbol oynamaq üçün əla imkan yaradılıb. ABŞ-dən 2 gün əvvəl gəlmişik. Şəhəri gəzmək üçün elə də vaxtımız olmayıb. Lakin gördüklərimiz bizi sözün yaxşı mənasında təəccübləndirir. Ölkənizin mədəniyyəti mənim çox xoşuma gəlir", - futbolçu vurğulayıb.
O, həmçinin Bakıda keçirilən dünya çempionatında Bosniya və Herseqovina millisinə məğlub olduqları oyunu şərh edib:
"Az əvvəl də bildirdiyim kimi 2 gün əvvəl ABŞ-dən gəlmişik. Bu olduqca uzun yoldur və yorğunluq hiss edirdik. Üstəlik, məşq etmək imkanımız da olmayıb. Məğlubiyyətə görə kefimizi pozmağı düşünmürük. İnanırıq ki, biz qələbələrlə geri dönəcəyik".
Qeyd edək ki, ABŞ millisi F qrupundakı ilk matçında Bosniya və Herseqovinaya 2:4 hesabı ilə uduzub.
Oxşar xəbərlər
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ikinci gün arxada qalıb
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ikinci gün arxada qalıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, baş tutan 8 matçdan sonra mundialda qr...
