SİZİN REKLAM BURADA!
055 213 76 73


PSJ klubunun ulduzu Neymar Çempionlar Liqasının final oyununda iştirakdan məhrum ola bilər. 

BAKU.WS xəbər verir ki, buna səbəb 28 yaşlı hücumçunun yarımfinalda "Leyptsiq"lə qarşılaşmadan sonra rəqib oyunçu Marsel Halstenberqlə formasını dəyişməsidir. 

UEFA koronavirus pandemiyasına görə formaların oyunlardan sonra dəyişdirilməsini qadağan edib. Neymar isə göründüyü kimi qadağaya əməl etməyib.

Futbolçu bir matçlıq diskvalifikasiya və ya 12 günlük karantinə göndərilə bilər.

BAKU.WS