SİZİN REKLAM BURADA!
055 213 76 73


Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə çempionu Həbib Nurməhəmmədovla irlandiyalı boksçu Konor Makqreqor arasında revanş döyüşü keçirilməyəcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu onlayn konfrans zamanı rusiyalı idmançının meneceri Əli Abdel-Əziz bəyan edib.

“Makqreqor revanş haqqında danışır, amma Həbib təkrar qarşılaşmağa lüzum görmür. Makqreqor şansını gözləməlidir. Ən azı üç döyüşdə qalib gəlməlidir. İslam Mahaçev isə ilk rəqiblərindən biri olmalıdır”.

Qeyd edək ki, H.Nurməhəmmədov 2018-ci ilin oktyabrında ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 229 turnirində K.Makqreqoru məğlub edib.

BAKU.WS