SİZİN REKLAM BURADA!
055 213 76 73


“Yuventus”un portuqaliyalı ulduzu Kriştiano Ronaldo koronavirus təhlükəsinə görə İtaliyaya qayıtmır.

BAKU.WS CNN Türk-ə istinadən xəbər verir ki, o, bu barədə kluba məlumat göndərib.

Ronaldo bildirib ki, komanda yoldaşı Daniele Ruqanidə koronavirus aşkarlandığı üçün belə addım atıb.

Məlumata görə, Ronaldo hazırda Portuqaliyanın Madeyra adasında istirahət edir.

BAKU.WS