SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur "Youtube" blogeri Berkcan Güvənin kanalına qonaq olan "Yuventus"un ulduz futbolçusu Kriştiano Ronaldo Türkiyəni və insanlarını çox sevdiyini bildirib.

BAKU.WS xəbər verir ki, portuqaliyalı ulduz "Qalatasaray" və komanda yoldaşı Merih Demiral barədə ağızdolusu danışıb.

"Mən səyahət etməyi sevən bir insanam. Təbii ki, Türkiyəni yaxşı bilirəm. Türkiyədə həm yoldaşlarım var, həm də İstanbul və Bodrumda bir neçə dəfə olmuşam və istirahət etmişəm. Türkiyəyə hər dəfə gedəndə ən çox insanların Kriştianoya olan sevgilərini hiss edirəm. İnsanların məni sevdiyini hiss edirəm.

Türkiyədə məni dəstəkləyən çox insan olduğunu bilirəm və bu, çox yaxşıdır. Türkiyədə oynamaq həmişə gözəl olub. "Qalatasaray"la oynadığımız günü unutmuram. Stadionda atmosfer böyük idi,-deyə Ronaldo vurğulayıb.

Ronaldo "Yuventus"da komanda yoldaşı Merih Demiralı da çox bəyəndiyini söyləyib: "Merih Demiral çox yaxşı oyunçudur. Aqressiv, güclü və ciddidir. Çox rahat və peşəkar bir insandır. Türk futbolçular barədə düşündüyüm budur ki, çoxc peşəkardırlar".

BAKU.WS
VİDEO