SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın paytaxtı Vaşinqtonda taksi fəaliyyəti ilə məşğul olduğu deyilən Türkiyə millisi və "Qalatasaray" klubunun sabiq futbolçusu Hakan Şükür buna aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, Hakan Şükür bununla bağlı şəxsi "YouTube" kanalına videomüraciət yerləşdirib.

Dünya çempionatının üçüncüsü olan Hakan Şükür etiraf edib ki, ABŞ-da "Uber" taksi şəbəkəsinə daxil olaraq sürücü kimi bir müddət işləyib: "Zaman-zaman bunu etmişəm. İngilis dilində danışmaq üçün öz istəyimlə bunu etmişəm. Lakin bunu peşə kimi seçməmişəm".

Qeyd edək ki, Türkiyənin Sakarya Cumhuriyyət Baş Prokurorluğu ABŞ-da yaşayan keçmiş futbolçu Hakan Şükür və atası Sermet Şükür haqqında saxlanılma qərarı çıxarıb. Onlara qarşı FETÖ-yə (Fethullahçı Terör Örgütü) maddi dəstək verdikləri iddiası irəli sürülüb.

BAKU.WS
VİDEO