SİZİN REKLAM BURADA!
055 213 76 73


Noyabrın 27-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin beşinci turuna start verilib.

BAKU.WS xəbər verir ki, turun birinci oyun günündə A, B, C və D qruplarında yer alan komandalar üz-üzə gəlib.

Turun ən diqqət çəkən hadisəsi “Yuventus” (İtaliya) – “Atletiko Madrid” (İspaniya) qarşılaşmasında baş verib. Belə ki, italyanların qolunu 45-ci dəqiqədə vuran Dibala komanda yoldaşı Merih Demirala dəstək üçün əsgər salamı verib. 

Futbolçunun bu jesti kameraların obyektivinə tuş gəlib. 

Qeyd edək ki, türk futbolçular Türkiyə yığmasının matçlarında əsgər salamı verdikləri üçün UEFA tərəfindən araşdırmalara başlanıb. Futbolçuların cəzalana biləcəyi gündəmdədir. 

BAKU.WS
VİDEO

VİDEO