SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən İngiltərə Premyer Liqasında tarixi hesab qeydə alınıb.

BAKU.WS xəbər verir ki, “Lester” klubu səfərdə “Sauthempton”u 9:0 hesabı ilə darmadağın edib.

İngiltərə Premyer Liqasının 10-cu turunun səfər matçında “Lester” 9:0 hesabı ilə “Sauthempton”u məğlub edib.

Bu qələbə ilə xalını 20-yə çatdıran “Lester” ikinci pilləyə yüksəlib. 8 xala malik “Sauthempton” isə 18-ci sıradadır.

Qeyd edək ki, bu, İngiltərə Premyer Liqasında ən böyükhesablı səfər qələbəsi kimi tarixə düşüb. Bundan öncə rekord 1999-cu ildə “Nottingem Forest”i səfərdə 8:1 hesabı ilə məğlub edən “Mançester Yunayted”ə məxsus idi.

Məlumat üçün bildirək ki, ən böyük ev qələbəsinin hesabı da 9:0-dır və “Mançester Yunayted”ə məxsusdur. “MY” 1995-ci ildə öz meydanında “İpsviç”i bu hesabla məğlub edib.

"Sauthempton" - "Lester" - 0:9
Qollar: Çilvell, 10, Tielemans, 17, Perez, 19, 39, Vardi, 45, Perez, 57, Vardi, 58, Maddison, 85, Vardi-pen, 90
BAKU.WS
VİDEO