SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.

BAKU.WS-in məlumatına görə, turun son oyununda "Zirə" "Qarabağ"ı qəbul edib.

Zirə Olimpiya Kompleksinin stadionunda təşkil olunan qarşılaşma Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə ilk qolu 12-ci dəqiqədə Maqaye Qeye vurub. 41-ci dəqiqədə "Qarabağ"ın ispaniyalı futbolçusu Xayme Romero fərqi 2 topa çatdırıb. 44-cü dəqiqədə "Zirə"nin heyətində Anastasios Papazoqlu avtoqol müəllifi olub. 88-ci dəqiqədə isə meydan sahibləri təsəlli qolunu vura biliblər. Xulio Rodrigez cərimə zərbəsini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra 15-ci xalını qazanan "Qarabağ" liderliyini daha da möhkəmləndirib. "Zirə" isə 7 xalla 3-4-cü yerləri bölüşdürür.
Qeyd edək ki, turun digər oyunlarında "Neftçi" "Keşlə" ilə (0:0), "Qəbələ" "Səbail"lə heç-heçə (1:1) edib. "Sumqayıt" isə "Sabah"ı minimal hesabla üstələyib - 1:0.
BAKU.WS