055 213 76 73
BAKU.WS-in məlumatına görə, “Toro Rosso” komandasının pilotu Danil Kvyatlın bolidi təhlükəsizlik baryerinə çırpılıb.
Nəticədə bolid trasdan evakuasiya edilib və D.Kvyatlın ikinci sərbəst yürüşü dayandırmalı olub.
Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.
Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.
BAKU.WS
QALEREYA