SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün SOCAR Azərbaycan Qran-prisinə start veriləcək. 

Paytaxtımızda ardıcıl dördüncü dəfə keçirilən nüfuzlu yarış “Formula-2” pilotlarının mübarizəsi ilə start götürəcək. 

Bakı trasına çıxacaq bolidlər sərbəst yürüşdə treki sınaqdan keçirəcəklər. “Formula-2” pilotları günün ikinci yarısında isə sıralama yarışında mübarizə aparacaqlar. 

Bu gün “Formula-1” üzrə 2 sərbəst yürüş də təşkil olunacaq. 
 
Azərbaycan Qran-prisi
26 aprel


11:00-11:45. “Formula-2”. Sərbəst yürüş
11:10-11:30. Avtoqraf sessiyası (“Red Bull”)
11:30-11:50. Avtoqraf sessiyası (“Ferrari”)
11:50-12:10. Avtoqraf sessiyası (“Reno”)
13:00-14:30. “Formula-1”. Birinci sərbəst yürüş
15:00-15:30. “Formula-2”. Sıralama yarışı
17:00-18:30. “Formula-1”. İkinci sərbəst yürüş

Qeyd edək ki, Qran-priyə aprelin 28-də yekun vurulacaq. 
BAKU.WS