Topaz Premyer Liqasında çıxış edən ən bahalı futbolçular müəyyənləşib.

Fanat.Az xəbər verir ki, "Transfermarkt" qış fasiləsindən sonra futbolçuların transfer qiymətlərini müəyyənləşdirib.

Ölkəmizdə çıxış edən ən bahalı futbolçuların böyük əksəriyyəti "Qarabağ"ın formasını geyinir. Belə ki, dəyəri 1 milyon avrodan artıq olan 9 futbolçudan 8-i Ağdam klubunda çıxış edir. İlk "onluq"da son çempionun 8 futbolçusu yer alıb.

Yerli futbolçulardan Maksim Medvedev, Bədavi Hüseynov, Qara Qarayev və Mahir Mədətov dəyərini 1 milyon avroya çatdıraraq "onluq"da yer alıb. Bundan başqa millimizin üzvü Riçard Almeyda "Qarabağ"dakı komanda yoldaşı Filip Ozobiçlə siyahıya başçılıq edir.

1. Riçard Almeyda (Qarabağ) - 1.500.000 avro
2. Filip Ozobiç (Qarabağ) - 1.500.000 avro
3. Maksim Medvedev (Qarabağ) - 1.200.000 avro
4. Simeon Slavçev (Qarabağ) - 1.200.000 avro
5. Abdullah Zubir (Qarabağ) - 1.200.000 avro
6. Badavi Hüseynov (Qarabağ) - 1.000.000 avro
7. Qara Qarayev (Qarabağ) - 1.000.000 avro
8. Mahir Mədətov (Qarabağ) - 1.000.000 avro
9. Stiven Monroz (Qəbələ) - 1.000.000 avro
10. Baqali Dabo (Neftçi) - 800.000 avro
11. Donald Qerye (Qarabağ) - 750.000 avro
12. Miçel (Qarabağ) - 750.000 avro
13. Dani Kintana (Qarabağ) - 750.000 avro
14. Kiril Petrov (Neftçi) - 750.000 avro
15. Voyislav Stankoviç (Qəbələ) - 750.000 avro
16. Sabien Lilay (Qəbələ) - 750.000 avro
17. Ceyms Adeniyi (Qəbələ) - 750.000 avro
18. Mirabdulla Abbasov (Neftçi) - 650.000 avro
19. Yakub Jezniçak (Qarabağ) - 600.000 avro
20. Con Delarj (Qarabağ) - 600.000 avro
21. İnnosent Emeqara (Qarabağ) - 600.000 avro
22. Səlahət Ağayev (Neftçi) - 600.000 avro
23. Emin Mahmudov (Neftçi) - 600.000 avro
24. Soni Mustivar (Neftçi) - 600.000 avro
25. Vanderson Naskimento (Sabah) - 600.000 avro
26. Coşqun Diniyev (Sabah) - 600.000 avro
27. Cavid İmamverdiyev (Sabah) - 600.000 avro

BAKU.WS