SİZİN REKLAM BURADA!
055 213 76 73



“Yuventus” forması ilə ilk matçına çıxan Ronaldo rəqib qapıçısını zədələyib.

BAKU.WS-in məlumatına görə, debüt edən portuqaliyalı rəqibin qapıçısı Stefano Sorrentino ilə oyun epizodu zamanı toqquşub. 39 yaşlı qapıçı S.Sorrentino oyuna davam edə bilməyib və əvəzlənib.

Qapıçının ilkin müayinədən sonra burnunun sındığı məlum olub.

Qeyd edək ki, matç "Qoca Sinyora"nın qələbəsi ilə yekunlaşıb. "Yuventus" 3:2 hesablı qələbə ilə turnirdə ilk xallarını qazanıb.

BAKU.WS