SİZİN REKLAM BURADA!
055 213 76 73



Çempionlar Liqasında sonuncu iki yarımfinalçının adları bəlli olub. 

BAKU.WS-in məlumatına görə, "Real Madrid" öz evinə "Yuventus"u qəbul edib. "Qoca sinyora" "Santiyaqo Bernabeu"da ilk dəqiqələrdən "Real" azarkeşlərini məyus edib. Mandzukiç 2-ci və 37-ci dəqiqədə, Matuidi isə 61-ci dəqiqə vurduğu qolla hesabı 0:3 çatdırıb. 

Oyunun artırılmış dəqiqələrində Ronaldo penaltidən vurduğu qolla komandasına yarımfinal vəsiqəsini təmin edib. İki klub arasındakı ilk oyunu "Real Madrid" 3:0 hesabı ilə qazanmışdı. 



Digər oyunda isə "Bavariya" "Sevilya"nı turnirdən kənarlaşdırıb. İlk oyunda 2:1 hesablı qələbə qazanan almanlar ev oyununda qolsuz heç-heçə edərək yarımfinala adlayan tərəf olub. 



Beləliklə, yarımfinalda "Real Madrid", "Liverpul", "Roma", "Bavariya" klubları çıxış edəcək.

BAKU.WS