SİZİN REKLAM BURADA!
055 213 76 73



“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç karyerasını Türkiyədə davam etdirəcək.

Bosniya və Herseqovina yığmasının qapıçısı növbəti mövsüm Super Liqada çıxış edəcək “Erzurumspor”la anlaşıb.

30 yaşlı futbolçunun müqavilə bağlamaq üçün yaxın günlərdə Türkiyəyə gələcəyi bildirilir.

Qeyd edək ki, 2013-2018-ci illərdə “Qarabağ”ın formasını geyinən Şehiç daha əvvəl vətənində “Jelezniçar” və Türkiyədə “Mersin İdman Yurdu” komandalarında çıxış edib.

BAKU.WS