SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Kolumbiya yığmasının sabiq qapıçısı Fərid Mondraqon intihara cəhd edib.
 
BAKU.WS-in məlumatına görə, 44 yaşlı futbolçu ağır vəziyyətdə Kolumbiyanın Kalinin şəhər xəstəxanasına çatdırılıb. Hazırda onun həyatı təhlükəsi sovuşub. Mondraqon yüksək dozada antidepressant qəbul edərək özünə qəsd etməyə çalışıb. 

Hadisədən əvvəl qapıçı öz rəsmi Instagram səhifəsindən mesaj paylaşıb: "Yalnız mən öz həyatımı mühakimə edə bilərəm. Amma mən artıq bundan yoruldum". Sabiq qapıçısı daha sonra bu yazını öz səhifəsindən silib. 

Xatırladaq ki, Fərid Mondraqon Braziliya futbol tarixinin ən yaşlı qapıçısı kimi tarixə düşüb. O, Türkiyənin "Qalatasaray" klubunun da formasını geyib. 
 
Şahin Həbibov
BAKU.WS