Bakının "İnter" və Gəncənin "Kəpəz" komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının IV turunun açılış oyununda gözəl qol vurulub.

BAKU.WS-in "Report"a istinadla məlumatına görə, qeyri-adi qol "İnter Arena"dakı matçın 37-ci dəqiqəsində qeydə alınıb.

Qonaq komandanın futbolçusu Kərim Diniyev mərkəz dairəsinin özlərinə aid hissəsindən - təxminən 65 metr məsafədən topu "İnter"in qapısına göndərib. Bu qoldan sonra "Kəpəz" fərqi azaldıb - 2:3. Komandalar fasiləyə elə bu hesabla da çıxıblar.

Qeyd edək ki, Kərim Diniyev "Kəpəz"in baş məşqçisi Şahin Diniyevin oğludur.

BAKU.WS