SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbayucan Güləş Federasiyası ilə güləşçilər arasındakı problem həll olunub.

Bu barədə BAKU.WS-ə Federasiyadakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, bu gün güləşçilərin əksəriyyətinin əmək haqları hesablarına köçürülüb. 
Qeyd edək ki, bir neçə ay əmək haqqı ala bilməyən güləşçilərlə Federasiya arasında problem yaşanmışdı. Hətta bəzi tanınmış güləşçilərin Azərbaycan yığmasından getmək istədiyi barədə məlumatlar yayılmışdı. Mənbə artıq bu anlaşılmazlığın  aradan qaldırıldığını, yığmanın ciddi cəhdlə qarşıdan gələn Dünya Çempionatına hazırlaşdığını vurğulayıb.
 
BAKU.WS