"Şerif" - "Qarabağ" oyunu canlı yayımlanmayacaq

Şerif - Qarabağ oyunu canlı yayımlanmayacaq
İdman 6979

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah keçiriləcək "Şerif” – "Qarabağ” matçının canlı yayımlanmaq ehtimalı çox azdı.

BAKU.WS Apasport.az-a istinadən xəbər verir ki, buna səbəb Moldova klubunun yayıma müsbət yanaşmamağıdır.

Ağdam təmsilçisi hələ ilk matçdan əvvəl qarşı tərəfə oyunların yayımlarının dəyişdirilməsini təklif etsə də, "Şerif” rəhbərliyi buna razılıq verməmişdi. Buna baxmayaraq, "Qarabağ” Tiraspoldakı cavab görüşünün ölkəmizdə yayımlanmasına çalışır. Ancaq moldovalılar bunun üçün 50 min avro tələb ediblər. Üstəlik, Moldovada HD yayım da yoxdur.

Bu məbləğlə razılaşmayan Azərbaycan çempionu qarşı tərəflə ortaq məxrəcə gəlməyə çalışır. Lakin indiki məqamda heç bir razılıq əldə olunmayıb. Bir sözlə, demək olar ki, "Qarabağ” azarkeşləri matçı televiziya vasitəsilə izləyə bilməyəcəklər.

Qeyd edək ki, sabah keçiriləcək "Şerif” – "Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

BAKU.WS

Oxşar xəbərlər

ÇL: “Qarabağ” “Samtredia”nı cavab oyununda da məğlub edib

ÇL: “Qarabağ” “Samtredia”nı cavab oyununda da məğlub edib

Azərbaycan çempionu "Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb. Apasport.az saytının məlumatına görə, təmsilçimiz Çempionlar Liqasının II təsnifat mərhələ...

2033 İdman 23:22 18 iyul 2017

Son xəbərlər