SİZİN REKLAM BURADA!
055 213 76 73


 
AFFA-nın prezidenti Rövnəq Abdullayev oğlu Rəşad Abdullayevlə bağlı açıqlama verib.

BAKU.WS "Qafqazinfo”ya istinadən xəbər verir ki, o, jurnalistin "Oğlunuz "Səbail”in Müşahidə Şurasının sədridi. Komanda Premyer Liqaya vəsiqə qazansa, əlavə söz-söhbət yaranmayacaq?” sualına belə cavab verib:

"Oğlum Bakıya gәlәndә dedi ki, nә ilә mәşğul olum? O, tәlәbәdir. Mәn özüm onu qәsdәn futbola gətirdim. "Səbail” Premyer Liqaya vəsiqə əldə edən kimi, o, istefa verəcək. Mәn AFFA-nın prezidentiyәmsә, o, futbolda ola bilmәz”.
 
BAKU.WS