Azərbaycanlı qadın mütəxəssis UEFA-dan növbəti təyinat alıb
08
iyl
2024
12:59
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Zümrüd Ağayeva qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin C liqasının 4-cü qrupunda keçiriləcək Qazaxıstan - Rumıniya oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, iyulun 12-də Qazaxıstanın Almatı şəhərindəki Mərkəzi Stadionda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Oxşar xəbərlər
UEFA Avropa Liqası: "Qarabağ" Almaniya səfərindən məğlubiyyətlə ayrılır - YENİLƏNİB - 9
"Bayer" - "Qarabağ" oyunu 5-1 hesabı ilə yekunlaşıb. ***00:31 "Bayer" oyunda 5-ci qolu vurub. ***00:12 Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandaları ar...