SİZİN REKLAM BURADA!
055 213 76 73


"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 32-ci turunun "Barselona" ilə oyununda (3:2) əvəzləndikdən sonra komandanın braziliyalı cinah oyunçusu Vinisius Juniorun qəzəbli reaksiyasının təfərrüatlarını açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

"Dəyişikliyi bəyənmədi və oynamağa davam etmək istədiyini söylədi. Amma futbolçuların, xüsusən də hücumçuların göstərdiyi səylər çox böyük idi. Onların son matçı necə keçirdiklərini də nəzərə almışam.

Hücumçulardan komanda üçün işləməyi xahiş edirik, sonra maksimum sürət qazanır və çox enerji sərf edirlər. Mən başa düşürəm ki, Vinisius oynamağa davam etmək istəyir, amma bizə təzə enerji lazım idi" - deyə, italiyalı mütəxəssis deyib.

Xatırladaq ki, Vinisius Kataloniya komandası ilə matçda penaltidən qol vurub və məhsuldar ötürmə edib.

Ançelotti matçın 82-ci dəqiqəsində braziliyalını əvəzləyib.

Bu mövsüm Vinisius Junior "kral klubu"nun heyətində 32 oyun keçirib, 19 qol vurub və 11 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalının məlumatına görə, hücumçunun təxmini dəyəri 150 milyon avrodur.

BAKU.WS