SİZİN REKLAM BURADA!
055 213 76 73


"Real Madrid"in türkiyəli gənc ulduzu Arda Gülər ​​haqqında iddia yayılıb. İspaniya mətbuatı futbolçunun transferlə bağlı qərarını açıqlayıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə "El Mira" nəşri yazır.

"Sevilya"nın "Real Madrid"də çıxış edən Arda Gülərlə maraqlandığı bildirilir.

Qeyd olunur ki, "Sevilya" gənc futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib.

Arda Gülərin "Real Madrid"də kifayət qədər vaxt tapa bilmədiyi üçün məyus olduğu qeyd edilib. Türkiyə millisinin üzvününü "Real Madrid"dən icarə əsasında ayrılmağa müsbət yanaşdığı vurğulanıb.

"Sevilya"nın Arda Güləri izləyən yeganə ispan klubu olmadığı bildirilir. Gülərin həmçinin "Real Sosyedad"ın "radar"ında olduğu qeyd olunur.

Xatırladaq ki, Arda Gülər ​​mövsümün əvvəlində transfer olduğu "Real Madrid"də 7 matçda forma geyinib. Gənc futbolçu bu görüşlərdə 1 qol sevinci yaşayıb.

Onun Madrid klubu ilə müqaviləsi 2029-cu ildə başa çatacaq. Ulduz futbolçunun hazırda transfer dəyəri 15 milyon avrodur.

BAKU.WS