SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verdiyimiz, Super Liqanın 30-cu turunda "Fənərbağça"nın səfərdə "Trabzonspor"u 3:2 hesabı ilə məğlub etdiyi matçın final fitindən sonra "Papara Park" Stadionunda arzuolunmaz hadisələr yaşanıb.

BAKU.WS "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi qalibiyyəti qeyd edərkən meydana bəzi "Trabzonspor" azarkeşlər daxil olub. Meydana girən azarkeşlərdən biri əlində künc dirəyi ilə "Fənərbağça"lı futbolçulara tərəf qaçıb.

Matçın final fitindən sonra baş verən hadisələrə görə "Fənərbağça" oyunçuları təxminən 3 saat sonra stadionu tərk edib. Avtobusla hava limanına gələn klub birbaşa aprona çıxıb və təyyarəyə minib.

Polis qrupları hadisələrin çox sayda kamera qeydini araşdırıb. Daxili işlər naziri Ali Yerlikaya meydanda baş verən hadisələrlə bağlı ilkin təsbitlərə görə 12 nəfərin tutularaq nəzarətə götürüldüyünü açıqlayıb.

Saxlanılanlar arasında, meydana ilk atılan maskalı H.C., "Fənərbağça"nın qapıçısı Dominik Livakoviçə hücum edən O.B., künc dirəyi ilə "Fənərbağça" futbolçularına tərəf qaçan E.T., matçdan sonra sosial şəbəkədə video paylaşaraq "Trabzonspor" azarkeşlərini hava limanına çağıran T.C.S., K.M., T.C.S., O.O., E.T. və A.A. adlı şübhəlilər olduğu qeyd edilib.

Qalmaqallı derbinin əks-sədası davam edərkən, künc dirəyini yerindən çıxarıb "Fənərbağça" komandasına tərəf qaçan şəxsin başqasının giriş kartı ilə matça daxil olduğu məlum olub. Tribunadan atılaraq meydançaya ilk daxil olan maskalı azarkeş H.Ç. adlı şəxsin Almaniyadan olan bəzi dostları ilə birlikdə şəhərə gələrək stadiona daxil olduğu müəyyənləşib.

Yomra rayonunda polislər tərəfindən tutularaq saxlanılan maskalı H.Ç.-nin matça dəqiqələr qalmış dostları ilə maskasız, əllərini yumruq kimi sıxaraq poza verdikləri şəklinin sosial mediada paylaşıldığı məlum olub.

Şübhəlilərin polis bölməsində dindirildikdən sonra ədliyyəyə sövq ediləcəyi bildirilərkən, Daxili İşlər Nazirliyi 3-ü müfəttiş olmaqla 5 nəfərdən ibarət heyət Trabzona təyin edib.

Nümayəndə heyəti "Trabzonspor" - "Fənərbağça" matçından sonra baş verən hadisələri araşdırmaq üçün Trabzona gəlib və gün ərzində matçdan əvvəl və sonra görülən tədbirlərin kafi olub-olmadığını araşdıracaq.

Stadiondakı bütün təhlükəsizlik kamerası görüntülərini də izləyəcək nümayəndə heyəti 12 şübhəlinin ifadələrini araşdıracaq və meydandakı hadisələrin kimsə tərəfindən təşkil edilib-edilmədiyini araşdıracaq.

BAKU.WS