SİZİN REKLAM BURADA!
055 213 76 73


Hücumçu Lionel Messi zədə səbəbindən Argentina milli futbol komandasının qarşıdakı yoldaşlıq oyunlarında iştirak etməyəcək.

BAKU.WS bu barədə TASS-a istinadən xəbər verir.

Bildirilir ki, futbolçu əvvəllər ABŞ-nin "İnter Mayami" komandasının tərkibində aldığı əzələ zədəsindən müalicəsini davam etdirir.

Qeyd edək ki, Argentina millisi ABŞ-də iki yoldaşlıq oyunu keçirəcək. Argentinalılar martın 23-də Salvador, martın 26-da isə Kosta-Rika seçmə komandası ilə qarşılaşacaqlar.

BAKU.WS