SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qarabağ" klubu ötən illər ərzində ölkəmizə beynəlxalq arena, idman müstəvisi və informasiya məkanında böyük töhfə verib. Ağdam təmsilçisi yaşıl meydanda elə bir futbol göstərib ki, bizdə kompleksə çevrilən - titullu komandalardan çəkinmək, topla davrana bilməmək və böyük hesabla məğlub olmaq kimi praktikalar geridə qalıb".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc  bildirib.

Deputat əlavə edib ki, "Qarabağ"ın Portuqaliya təmsilçisindən üstün futbol oynacağından əmindir: "Braqa" ilə səfər qarşılaşmasını izləmişdim və qürur duymuşdum. Komandamız meydanda ustalıqla mübarizə apardı və böyük hesabla qalib gəldi. Rəqiq komandanın azarkeşləri də ağ bayraq qaldıraraq etiraz edirdilər.

Tam əminəm ki, bu gün "Qarabağ" meydanda qalib tərəf olacaq. Qurban Qurbanov peşəkar məşqçi kimi elə bir formulla meydana çıxacaq ki, azarkeşlərimizə böyük uğur yaşadacaq. Qazanılacaq yeni hədəflər digər klublar və millimiz üçün yaxşı nümunələrə çevriləcək. Digər tərəfdən "Qarabağ"ın hesabına maliyyə vəsaitləri qazandıracaq ki, yeni  oyunçular əldə edə bilsin.

"Qarabağ"ın növbəti mərhələdə ən çətin rəqibləri "Bayer Leverkusen" və "Liverpul" klubları ola bilər. Təmsilçisimizin 1/8 finalı keçəcəyinə əminəm. Klubumuz bizə maksimalizmi öyrədib. Bir çoxları üçün qeyri-adi hədəfləri əlçatan edib. Düşünürəm ki, 1/8 finala keçəcəyik və addım-addım irəliləyəcəyik".

Orxan Hüseyn
BAKU.WS