SİZİN REKLAM BURADA!
055 213 76 73


Arda Güler icarə əsasıda başqa kluba göndərilməyəcək.

BAKU.WS İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Real Madrid"in prezidenti Florentino Peres qrar verib.

Peres istəyir ki, futbolçu bütün diqqətini meydançaya yönəltsin və onun oyun vaxtının olub-olmamasından narahat olmasın.

"Real Madrid" gələn il Luka Modriçlə müqaviləni uzatmağı planlaşdırmır. Arda Gülərin bu fürsətdən yararlanacağı və yeni mövsümdə 11-likdə yer almağa çalışacağı bildirilir.

BAKU.WS