SİZİN REKLAM BURADA!
055 213 76 73


"Beşiktaş" "Barselona"dan Oriol Romeunu heyətinə qatmaq üçün klubu ilə danışıqlara başlayıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, qara-ağlar ispan futbolçu üçün 2 milyon avroluq transfer təklif edib və tərəflər arasında danışıqlar davam edir.

Xavinin əsas heyətdə oynatmadığı Romeunun da gələn təkliflərə açıq olduğu bildirilib.

2023-cü ilin iyulunda 3,4 milyon avroya "Jirona"dan "Barselona"ya transfer olunan Romeunun müqaviləsi 2026-cı ilə qədər davam edir.

Qeyd edək ki, 32 yaşlı təcrübəli futbolçu əvvəllər "Çelsi", "Valensiya", "Ştutqart" və "Sauthempton"da çıxış edib.

BAKU.WS
QALEREYA