SİZİN REKLAM BURADA!
055 213 76 73


"Fənərbağça"nın "Union Berlin"də çıxış edən Leonardo Bonuççi ilə razılaşdığı və italiyalı müdafiəçinin bu gün İstanbula gələrək rəsmi müqavilə imzalayacağı bildirilib.

BAKU.WS-in xəbərinə görə, bu barədə İtaliyalı müxbir Fabrizio Romano məlumat yayıb.

"Fənərbağça"nın bir müddətdir transfer danışıqları apardığı Leonardo Bonuççi klubu "Union Berlin"lə müqaviləsinin ləğvi ilə bağlı razılığa gəlib.

Bu gün İstanbula gəlməsi gözlənilən italiyalı müdafiəçinin "Fənərbağça" ilə mövsümün sonuna qədər müqavilə imzalayacağı və klubdan 6 ay müddətinə 1 milyon 300 min avro maaş alacağı qeyd olunub.

Digər tərəfdən, müqavilənin ləğvi müqabilində "Union Berlin"in də müəyyən təzminat alacağı bildirilib.

Məlumata görə, 36 yaşlı italiyalı müdafiəçi bu gün Türkiyə vaxtı ilə 18:30-da İstanbulda olacaq.

Qeyd edək ki, "İnter"in yetirməsi olan Bonuççi daha sonra "Treviso", "Piza", "Cenoa", "Bari", "Milan", "Yuventus" klublarında çıxış edib.

Bu günə kimi klub səviyyəsində 666 rəsmi oyun keçirən Bonuççi 46 qol vurub və 12 məhsuldar ötürmə edib.

Həmçinin İtaliya millisinin heyətində 121 oyuna çıxan 36 yaşlı təcrübəli müdafiəçi milli formada 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, bir müddət əvvəl futbolçunun İstanbul təmsilçisinə keçidi ilə bağlı xəbər vermişdik.

BAKU.WS
QALEREYA