SİZİN REKLAM BURADA!
055 213 76 73


Avstraliyalı velosipedçi və ikiqat Olimpiya mükafatçısı Roan Dennis həyat yoldaşı, trek velosipedi üzrə dünya çempionu Melissa Hoskinsi öldürməkdə şübhəli bilinir.

BAKU.WS-in xəbərinə görə, bu barədə "RMC Sport" yazır.

Karyerasını başa vuran Roan Dennis həyat yoldaşını öldürməkdə şübhəli bilinərək Adelaidada Avstraliya polisi tərəfindən həbs edilib.

İttihamlara görə, 33 yaşlı velosipedçi qadını öz avtomobili ilə vuraraq öldürüb.

Qeyd olunur ki, avstraliyalı ehtiyatsızlıqdan başqalarının həyatını təhlükəyə atmaqla ölümə səbəb olmaqda şübhəli bilinir.

Dennis gələn ilin martında Adelaida məhkəməsi qarşısına çıxacaq.

Qeyd edək ki, cütlük 2018-ci ildə evlənib. Onların bir oğlu və bir qızı var.

BAKU.WS
QALEREYA